17:29 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan ixrac dəyəri 42 milyon 637 min dollar olan 66 min 874 ton alma ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 469 min dollar və ya 3,6%, miqdar ifadəsilə 1 455 ton, başqa sözlə 2,2% artıb.
Xatırladaq ki, 2023-cü ilin 10 ayında isə Azərbaycandan 41 milyon 170 min dollar dəyərində 65 min 419 ton alma ixrac olunmuşdu.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 8 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu göstərici 1 manat 7 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,52%-i almanın payına düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026