12:02 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. “Boeing” dekabr ayında 2199 əməkdaşını işdən çıxaracaq.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamentinə edilən bildirişdə öz əksini tapıb.
“Boeing”, fabrik işçilərinin sentyabr ayında tətil etdikdən sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri dayandırmaq kimi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.
Şirkət oktyabr ayında işçi qüvvəsini 10% azaltmağı planlaşdırdığını açıqlamışdı.
ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min “Boeing” işçisinin ixtisarlardan təsirlənəcəyi ifadə edilib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026