10:53 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11.1 faiz artaraq 1 877 milyon manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.2 faizi hüquqi şəxslərin, 48.8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12.9 faiz artaraq 953 milyon manat olub.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026