15:45 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 milyard dollardan çox olub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.
ABC.AZ xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində Almaniya-Azərbaycan yüksəksəviyyəli biznes dialoqunda deyib.
Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191 Almaniya şirkəti aktiv fəaliyyət göstərib.
“1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 milyon dolları üstələyib və bu sərmayələrin 94 faizi qeyri-neft sektorunun payına düşüb. Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 milyon dollar təşkil edib”, - deyə AZPROMO rəhbəri qeyd edib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026