12:29 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. “Apple Distribution International Limited” şirkəti Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir.
ABC.AZ xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.
Qeyd edək ki, “Apple Distribution International Limited” Şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının (https://ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026