Si Cinpin Cənubi Koreyanı ticarət azadlığını qorumağa çağırdı

11:03 - 16.11.2024


16 noyabr, Fineko/abc.az. Çin daha çox Cənubi Koreya şirkətlərini ölkədə investisiya qoymağa və biznes qurmağa dəvət edir.

ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin Cənubi Koreya prezidenti Yun Sok Yol ilə görüşdə bildirib, noyabrın 16-da ÇXR Xarici İşlər Nazirliyinin saytında bildirilir.

ÇXR XİN-in verdiyi məlumata görə, "iki tərəf təmasları yüksək səviyyədə aktivləşdirməli, qarşılıqlı anlaşmanı və etimadı dərinləşdirməli, birgə uğur və ümumi inkişafa can atmalıdır".

O, həmçinin qeyd edib ki, Çin və Cənubi Koreya Beynəlxalq sərbəst ticarət sistemini qorumaq, qlobal və regional istehsal və logistika zəncirlərinin sabitliyini və davamlılığını qorumaq üçün birlikdə çalışmalıdırlar.

Öz növbəsində, Yun Sok Yol Çinin qlobal iqtisadi artımın stimullaşdırılmasında əsas rol oynadığını və qlobal problemlərin həllinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.