"Meta" şirkəti qaydaları pozdu - 797 milyon avro cərimələndi

11:30 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Avropa Birliyi “Meta” şirkətini antiinhisar qaydalarını pozduğu üçün 797 milyon avro məbləğində cərimələyib.

ABC.AZ xəbər verir ki, bu barədə AB Komissiyasının yaydığı açıqlamada bildirilir. Cərimə "Facebook Marketplace"i özünəməxsus sosial şəbəkəsi "Facebook"-a inteqrasiya etdiyi və digər onlayn reklam xidməti təminatçılarına ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün Avropa Birliyinin antiinhisar qaydalarını pozduğuna görə tətbiq edilib.

AB Komissiyasının araşdırması müəyyən edib ki, "Meta" bütün Avropa İqtisadi Bölgəsində özünəməxsus sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib. Müəllif: Elmir  Murad