"Ford Motor Company" ABŞ hökumətinə bu qədər cərimə ödəyəcək

11:12 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. "Ford Motor Company" ABŞ hökuməti tərəfindən cərimələnib.

ABC.AZ xəbər verir ki, şirkət ABŞ hökumətinə 165 milyon dollara qədər cərimə ödəməyə razılaşıb. Cərimənin səbəbi geri çağırışlarda gecikmə və Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasına (NHTSA) düzgün məlumat təqdim edilməməsidir.

Bu cərimə Takatanın hava yastıqları ilə bağlı ödədiyi məbləğdən sonra NHTSA tarixində ikinci ən böyük cərimədir.  

Belə ki, şirkət 2020-ci ildə arxa görünüş kameralarındakı nasazlıqla əlaqədar geri çağırışda gecikib. Bununla yanaşı, şirkət NHTSA-ya tələb olunan hesabatları da təqdim etməyib.

Müəllif: Elmir Murad