Hindistanın texnoloji şirkəti Azərbaycan bazarına daxil olur

11:42 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Hindistanın texnoloji şirkəti “Redington” və ya “Redington Group” Azərbaycan bazarına daxil olub.

ABC.AZ xəbər verir ki, şirkət “Redington Azerbaijan Technology” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Yeni yaradılmış MMC-nin nizamnamə kapitalı 100000 ABŞ dollar təşkil edir.

Şirkətin rəhbər Barış Korkudur. O, “Redington”nun Türkiyə ofisinin rəhbəridir.

Şirkətin Asiya və Afrikada 50-dən yuxarı ölkəsində filial və şirkətlər qrupu mövcuddur.