10:05 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. "Amazon"un təsisçisi Ceff Bezos noyabr ayında ümumilikdə 2.7 milyard dollar dəyərində səhm satıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərdən aydın olub.
Belə ki, ilin əvvəlindən etibarən Bezosun satdığı səhmlərin ümumi dəyəri 4.4 milyard dollara çatıb.
Bu satışlar, Bezosun mart ayında təqdim etdiyi və 2025-ci ilin sonuna qədər 25 milyon səhmi əhatə edən ticarət planına uyğun olaraq həyata keçirilir.
Müəllif: Elmir Murad