15:00 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. 2025-ci maliyyə ilinin 1-ci yarısının nəticələrinə görə, Yaponiyanın avtomobil istehsalçısı Honda Motor Co-nun xalis mənfəəti il ərzində gözlənilmədən 19,7% azalaraq, ötən ilin eyni dövründəki 616,3 milyard yen qarşısında 494,7 milyard yen (3,26 milyard dollar) təşkil edib.
ABC.AZ xəbər verir ki, sorğuda iştirak edən Quick analitikləri bunu orta hesabla 690,9 milyard yen səviyyəsində qiymətləndiriblər.
Şirkətin press-relizində bildirilir ki, aprel-sentyabr aylarında Honda-nın gəlirləri 12,4% artaraq 10,8 trilyon yen təşkil edib.
Əməliyyat mənfəəti 6,6% artaraq 742,61 milyard yen təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026