Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb

16:01 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.

ABC.AZ Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edirdi.