Valyuta hərracında banklar tələbi 25,34% azaldıb

14:31 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 31-də keçirilən valyuta hərracında bankların tələbi 66,0 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 22,4 milyon dollar (25,34%) azdır. Oktyabrın 29-da keçirilən valyuta hərracında AMB banklara 88,4 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.