16:11 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin yanvra-sentyabr aylarında Azərbaycan BOKT-larının cəmi aktivləri 979,9 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, aktivlər son bir il ərzində 501,6 milyon manat və ya 2 dəfə böyüyüb.
Aktivlərin 2,6 milyon manatını nağd vəsaitlər, 48,5 milyon manatını cari hesablar, 7,1 milyon manatını banklara yerləşdirilmiş müdətli depozitlər, 0,8 miilyon manatını qiymətli kağızlar, 78,9 milyon manatını investisiyalar, 744,6 milyon manatını kredit portfeli, 1,9 milyon manatını maliyyə insitutlarına kreditlər, 26,4 milyon manatını əsas vəsaitlər, 3 milyon manatını qeyri maddi aktivlər, 122,7 milyon manatını məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib.
25 Avqust 2026
25 Avqust 2026