BOKT-ların xərcləri qeyri-faiz gəlirlərini üstələyib

15:51 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında BOKT-ların qeyri-faiz gəlirləri 84,3 milyon manat, xərcləri 98,2 milyon manat, əməliyyat mənfəəti 192 milyon manat, mənfəət vergisi ödəmələri 32,5 milyon manata bərabər olub.

ABC.AZ xəbər verir ki, son bir il ərzində qeyri-faiz gəlirləri 65,7 milyon manat (4,1 dəfə), xərcləri 41,4 milyon manat (73%), əməliyyat mənfəəti 159 milyon manat (2,6 dəfə), mənfəət vergisi ödəmələri 21,7 milyon manat (3 dəfə) artıb.

Beləliklə Azərbaycan BOKT-ları 9 ayı 149,2 milyon manat xalis mənfəətlə başa vurublar.

Bu da son bir il ərzində 90,2 milyon manat və ya 2,5 dəfə artım deməkdir.