“Tesla” bitkoinləri balansda saxlayıb

14:37 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Оktyabrın 16-da avtomobil şirkəti təxminən 760 milyon dollar dəyərində bütün 11 509 BTC-ni naməlum ünvanlara köçürüb. “Arkham” mütəxəssisləri daha sonra sikkələri 1100 BTC-dən 2109.3 BTC-ə qədər balansları olan yeddi fərqli cüzdana paylayaraq saxlamağa davam etdiyini bildirdi. 

ABC.AZ xəbər verir ki, bitkoinin cari qiyməti 66,855 dollar səviyyəsində olmaqla Tesla kripto aktivlərinin dəyəri 770 milyon dollar qiymətləndirilir.

Bitcoin Treasuries-ə görə, elektrikli avtomobil istehsalçısı ilk kriptovalyutanın dördüncü ən böyük ehtiyat sahibidir. Xidmət şirkətin 9720 BTC-yə sahib olduğunu düşünür.

2021-ci ilin fevralında məlum oldu ki, Tesla bitkoinə 1,5 milyard dollar sərmayə qoyub. Mask bu investisiyaları "kifayət qədər riskli" adlandırmışdı.