16:04 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Putin bu həftə dollara zərbə endirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə The Economist yazır.
Məsələ burasındadır ki, oktyabrın 22-dən 24-dək BRIKS ölkələrinin sammiti keçiriləcək. Nəşrin məlumatına görə, Rusiya lideri ABŞ dollarının dominantlığını kəsəcək yeni ödəniş sisteminin yaradılacağını elan edəcək.
"Cənab Putin BRİKS sammitində dollardan narazılıqdan faydalanmağa ümid edir", - The Economist yazır.
Eyni zamanda, dünya mərkəzi banklarının ehtiyatlarının Amerika valyutasında payının azalmasına baxmayaraq (2000-ci ildən başlayaraq qlobal milli dollar ehtiyatları təxminən 70%-dən 58%-ə düşüb), "dolların şəbəkə effektləri Amerika banklarını dünya ödəniş sistemlərinin mərkəzinə qoyur", nəşr vurğulayır.
25 Avqust 2026
25 Avqust 2026