16:26 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. "Netflix”in rüblük gəliri 15% artaraq 9.8 milyard dollara çatıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu da rekord həddə çatıb. Belə ki, striminq xidmətinin xalis mənfəət 41% artaraq 2.4 milyard dollar təşkil edib.
Məlumata görə, “Netflix”in ödənişli abunəçilərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artaraq, demək olar ki, 283 milyon nəfərə çatıb ki, bu da analitiklərin proqnozunu üstələyir.
Şirkətdən həmçinin bildirilib ki, 2024-cü il üçün gəlirin 15% artacağını gözləyir. Hesabatın dərcindən sonra “Netflix” səhmləri birjadankənar ticarətdə 5.5% bahalaşıb. Ümumilikdə, ilin əvvəlindən səhmlər 46% artıb.
“Netflix” gələcəkdə reklam və oyun layihələrinə daha çox sərmayə qoymağı planlaşdırdığını bildirib.
Müəllif: Elmir Murad