10:16 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. Qlobal mühitdə iqlm dəyişiklərinin yaratdığı risklər əsas çağırışlardan bir olaraq qalmaqdadır. Yaşıl iqtisadiyyata keçid prioritet olmalıdır.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda deyib.
O bildirib ki, yaşıl iqtisadiyyata keçid olmadıqda uzunmüddətli dayanıqlı iqtisadiyyatı təmin etmək mümkün olmaz.
"Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığına da cavabdehdir. Yaşıl maliyyənin yaradılması çox vacibdir. Mərkəzi Bank ötən il dayanıqlı maliyyə inkişafı üzrə Yol xəritəsi tərtib edib. Yol xəritəsinin əsas və ilk təşəbbüslərindən biri yaşıl maliyyə taksonomiyasının hazırlanmasıdır. Artıq taksonomiya hazırdır. Bəzi texniki məqamlar qalıb və ondan sonra təsdiq üçün hökumətə veriləcək", - deyə Taleh Kazımov vurğulayıb.
25 Avqust 2026
25 Avqust 2026