Baltik dənizində Almaniya neft və kimyəvi maddələr daşıyan tanker alışıb yandı

15:44 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. “Annika” neft və kimyəvi maddələrlə dolu 73 metrlik Almaniya tankerinin göyərtəsində yanğın baş verib, ekipaj təxliyə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Qəza zamanı xilas etmə üzrə Almaniya Cəmiyyəti məlumat verib.

Hadisə Baltik dənizindəki Külunqsborn şəhəri yaxınlığında baş verib. Yanğın zamanı tankerin göyərtəsində yeddi nəfər olub, hamısı xilas edilib.
NDR radiosunun açıqladığı kimi, yanğın tankerin mühərrik otağında baş verib, səbəbləri məlum deyil.