10:36 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. Dünyanın ən zəngin iş adamı İlon Mask “Tesla”nın iki yeni məhsulunun prototiplərini nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, sözügedən məhsullar robotaks (Cybercab) və pilotsuz robofurqondur (Robovan).
İ.Mask yeni məhsulların təqdimat mərasimini Kaliforniyada “Warner Bros” kinostudiyasında keçirib. Avtomobil 2027-ci ilə qədər istehsala buraxılacaq. Onun dəyəri 30 000 dollardan az olacaq və digər elektrik avtomobillərindən fərqli olaraq, onu induktiv (kabelsiz) şəkildə yükləməyə qoymaq mümkün olacaq. Qeyd edək ki, “Forbes” İ.Maskın sərvətini 257.6 milyard dollar dəyərində qiymətləndirir.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026