11:18 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. Slovakiya hakimiyyəti Ukrayna ərazisindən tranzit yolu ilə neft və qaz almağa davam etməkdə maraqlıdır.
ABC.AZ xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso məlumat verib.
"Avropa Komissiyası enerji təchizatını digər istiqamətlərə yönəltmək üçün Slovakiyaya təzyiq göstərir", - deyə Reuters bildirir.
İyulun 17-də Ukrayna, Kiyevin “Lukoil” şirkətini qara siyahıya saldığı üçün, onun neftinin ərazisindən Macarıstan və Slovakiyaya tranzitini dayandırmışdı. Rusiya Federasiyasından bu ölkələrə enerji təchizatı Ukrayna ərazisindən keçən "Drujba" boru kəməri ilə həyata keçirilir. Budapeşt və Bratislava Avropa Komissiyasının vasitəçiliyi ilə Ukrayna ilə məsləhətləşmələrin dərhal başlamasını tələb edərək, Kiyevin hərəkətlərinin Ukrayna ilə AB arasında assosiasiya sazişinin birbaşa pozulması olduğunu vurğuladılar.
Sentyabrın əvvəlində Macarıstanın "MOL" enerji konserni "Drujba" boru kəməri ilə Rusiya neftinin Aİ və Ukraynanın mövcud sanksiyalarına uyğun olaraq Macarıstan və Slovakiyaya tədarükü barədə razılığa gəlmişdi.
18 Avqust 2026