09:25 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Nefin etalon markalarının qiyməti cümə axşamı hərracda artır.
Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:23-də $0,93 (1,26%) artaraq bir barelə $74,83-a çatıb. Oktyabrın 2-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,34 (0,46%) artaraq bir barelə $73,90-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri saat 09:23-də $0,96 (1,37%), bir barelə $71,06-a yüksəlib. Oktyabrın 2-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,27 (0,39%) artaraq bir barel üçün $70,10-a çatıb.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026