Azərbaycan bu ölkə ilə ticarət dövriyyəsini artırmaq istəyir

16:52 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə investisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb.

Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanlarını müzakirə ediblər.