Vyetnamda 5,1 milyard dollar dəyərində Cənub neft-kimya kompleksi istifadəyə verilib

11:03 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. Vyetnamda dəyəri 5,1 milyard dollar olan Cənub neft-kimya kompleksi istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, kompleks “Long Son Petrochemical Company” tərəfindən inşa edilmişdir. Şirkət kompkesdən ildə 1,5 milyard dollara qədər mənfəət almağı planlaşdırır.

Qeyd olunur ki, müəssisədə 1000-ə yaxın işçi çalışacaq ki, onların da 80%-i vyetnamlıdır.