10:05 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə indiyədək 40 mlrd. kubmetrə yaxın qaz nəql olunub.
ABC.AZ xəbər verir ki, bu barədə TAP-ın İcraçı Direktoru Luka Şipati (Luca Schieppati) İtaliya Enerji Sammiti zamanı bildirib.
“TAP 40 mlrd. kubmetrdən bir qədər az qaz nəql etməklə Avropanın tədarükünün təhlükəsizliyinə zəmanət verib”, – Luka Şipati qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan həcmin 32,8 mlrd. kubmetri İtaliyaya nəql olunub. TAP 15%-dən çox payla İtaliyanın ikinci qaz idxalı mənbəyidir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.(APA)
18 Avqust 2026