İran Rusiya və BRICS ilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır

17:21 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. İran Rusiya və digər BRICS ölkələri ilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. 

ABC.AZ xəbər verir ki, bu barədə İslam Respublikasının energetika naziri Abbas Əliabadi Birlik ölkələrinin enerji idarələrinin nümayəndələri ilə görüşdə iştirak etmək üçün Moskvaya gələndə bildirib.

"İran şimalda Rusiya ilə əməkdaşlıq edir və onun vasitəsilə Çinlə də işləyir. Cənubda Səudiyyə Ərəbistanı və BƏƏ ilə əməkdaşlıq edirik. Bu baxımdan İranın yerləşməsi BRICS ilə İslam Respublikası arasında enerji sahəsində əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün cəlbedicidir", - Abbas Əliabadi bunu deyib.

Nazir birliyin iqtisadi də daxil olmaqla çox "müxtəlif tərəflərdən əhəmiyyətli bir qurum" olduğunu deyib.

İranın energetika naziri qeyd edib ki, BRİCS ölkələrindən olan həmkarları ilə qarşıdakı görüşdə İslam Respublikası bərpa olunan enerji mənbələrinə xüsusi diqqət yetirməklə sənaye və texniki əməkdaşlığın inkişafı planını təqdim edəcək.