Çinin “Trina Solar” şirkəti 100% tullantıdan hazırlanmış günəş modulunu təqdim edib

11:37 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. 2023-cü ildə günəş panellərinin tədarük həcminə görə 2-3-cü yeri tutan Çin şirkəti “Trina Solar”, öz açıqlamasına görə, "dünyanın ilk tamamilə yenidən işlənmiş kristal silicon (fully recycled c-Si module) günəş fotovoltaik modulu", yəni yalnız tullantılardan alınan təkrar materiallardan — sökülmüş günəş panellərindən hazırlanmışdır.

Modul hazırda ən qabaqcıl TOPCon texnologiyasından istifadə edir. 210N-66 konfiqurasiyalı böyük formatlı hüceyrələrdən yığılmışdır. Modulun gücü 645 vattdan çoxdur və səmərəliliyi çox yüksəkdir (20,7%).