12:31 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti yaxın 4 ildə Azərbaycanda elektrik enerjisi bazarının liberallaşdırılacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bunu “Masdar Azərbaycan Enerji” MMC-nin meneceri Murad Sadıqov Bakıda keçirilən “yaşıl maliyyə” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Azərbaycan hökuməti üçün bu, çətin transformasiya olub, çünki milli qanunvericilik qalıq yanacaqdan əldə edilən elektrik enerjisini tənzimləməyə yönəldilib. Bununla belə, investorlar olaraq görürük ki, müəyyən irəliləyiş var. Yaxın 4 ildə Azərbaycanın elektrik enerjisi bazarı liberallaşdırılacaq və bu, “yaşıl enerji”nin inkişafı baxımından yaxşı təkan olacaq”, – o bildirib.
M.Sadıqov qeyd edib ki, Azərbaycanın Energetika Nazirliyi ilə birgə daxili tələbat, “yaşıl enerji”nin ixracı potensialı və digər məsələlərlə bağlı bazar araşdırması aparılıb.
Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi ilk “yaşıl enerji” layihəsi çətin olub: “Lakin biz indi nikbinik və Azərbaycan hökumətinin elektrik enerjisi bazarını daha da liberallaşdıracağını və enerji tariflərinin liberallaşdırılmış modelini tətbiq edəcəyini gözləyirik”. (Report)
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026