09:35 - 2.09.2024
2 sentyabr, Fineko/abc.az. Bazar ertəsi hərracda etalon markalrın qiyməti aşağı düşür.
Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09: 30-a qədər 0,57 dollar (0,74%) azalaraq bir barel üçün 76,36 dollara düşüb. Avqustun 30-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri 1,89 dollar (2,40%) ucuzlaşaraq bir barel üçün 76,93 dollara çatıb.
Saat 09:30-a qədər NYMEX əmtəə birjasının ticarətində oktyabr WTI neftinin fyuçersləri 0,49 dollar (0,67%), bir barel üçün 73,06 dollara düşdü. Avqustun 30-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri 2,36 dollar (3,11%) ucuzlaşaraq bir barel üçün 73,55 dollara düşüb.
Ötən həftə Brent markalı neft 1,56%, WTI nefti isə 1,71% ucuzlaşıb. Avqust ayında azalma müvafiq olaraq 2.38% və 5.60% idi.
18 Avqust 2026