11:09 - 30.08.2024
30 avqust, Fineko/abc.az. Finlandiyanın “Nokia Oyj” şirkəti, məsləhətçiləri ilə Samsung Electronics-in artıq maraq göstərdiyi mobil rabitə şəbəkələri üçün avadanlıqlar sahəsində bölməsinin gələcək variantlarını müzakirə edir.
ABC.AZ xəbər verir ki, bu bölmənin dəyəri tamamilə təxminən 10 milyard dollar ola bilər.
Bölmə bütün dünyada mobil operatorlara baza stansiyaları, radio rabitə texnologiyaları və serverlər tədarük edir. Keçən il Nokia-nın bütün gəlirlərinin təxminən 44%-ni təşkil etmişdi.
Bununla birlikdə, bu sahədəki iş, xüsusilə rabitə şəbəkələrinin modernləşdirilməsinin baha olduğuna görə təxirə salındığı Avropada yüksək rəqabət və tələbin zəifləməsi ilə əlaqədar çətinliklər yaşayır.
Mənbələrə görə, Samsung bildirib ki, Finlandiya şirkətinin aktivlərinin bir hissəsini almaqda maraqlıdır. Nokia hələ bölmənin gələcəyi ilə bağlı qərar verməyib, lakin satış planlarını elan edərsə, digər rəqibləri də buna maraq göstərə bilər.
Nokia səhmləri cümə axşamı hərracların nəticələrinə görə 5,1% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 30,4% artıb.