“Temu”nun sahibi qazancını açıqladı

12:26 - 27.08.2024


27 avqust, Fineko/abc.az. Çin mərkəzli elektron ticarət platforması “Temu” sərfəli qiymətlərlə təklif etdiyi məhsulları ilə bütün dünyada məşhur olmağı bacarıb.

ABC.AZ xəbər verir ki, platformanın ana şirkəti “PDD Holdings” son üç aydakı qazancını açıqlayıb. Şirkət yüksək məbləğdə gəlir əldə etsə də, gözləntilərdən aşağı düşüb. Bununla belə, ciddi artıma nail olduğunu söyləmək lazımdır.

“PDD Holdings” tərəfindən paylaşılan maliyyə məlumatlarına görə, Çin şirkəti son ikinci rübdə 13,64 milyard dollar gəlir əldə etməyi bacarıb. Lakin bu məbləğ gözlənilən 14 milyard dollardan aşağı olub. Yenə də gəlirlər illik 86% sürətlə artdı.