Yeddi ayda ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

17:32 - 21.08.2024


21 avqust, Fineko/abc.az. 2024-cü ilin yeddi ayında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55 %-i qadın sahibkarların payına düşüb.

ABC.AZ Fonda istinadən xəbər verir ki,  hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit ayrılıb.

Bundan əlavə, yanvar-iyun aylarında Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit ayrılıb.

Yeddi ay ərzində SİF sahibkarların 3 252 layihəsinə 119 milyon manat güzəştli kredit verib.