Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanmasına başlanılır

11:28 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" Konsepsiyasının hazırlanmasına başlanılıb.

ABC.AZ Naxçıvanın Dövlət Energetika Xidmətinə istinadla xəbər verir ki, muxtar respublika ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi 7 992 hektar əkinə yararsız torpaq sahələri müəyyənləşib.