Neft ucuzlaşmağa davam edir, Brent bir barel üçün $77,05 təşkil edir

09:30 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən gün azaldıqdan sonra çərşənbə axşamı hərracda düşür.

ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersi saat 09:27-də $0,61 (0,79%), bir barel üçün $77,05-a düşdü. Avqustun 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri bir barelə $2,02 (2,54%) azalaraq $77,66-a enib.

NYMEX əmtəə birjasının ticarətində saat 09:27-də WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $0,55 (0,75%) azalaraq bir barel üçün $73,82-a düşüb. Avqustun 19-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $2,28 (2,97%) ucuzlaşaraq bir barel üçün $74,37-a düşüb.