Türkiyə Qara dəniz qazının hasilatını 6 mln kubmetrdən 10 mln kubmetrə qədər artırmağı planlaşdırır

11:39 - 19.08.2024


17 avqust, Fineko/abc.az. Türkiyə Qara dəniz yataqlarından hasil olunan qazın həcmini 2025-ci ilin aprelinə qədər gündə 6 milyon kubmetrdən 10 milyon kubmetrə qədər artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Hazırda Sakarya Qara dəniz yatağından hasil olunan qazın həcmi gündə 6 milyon kubmetrə qədər artıb. Başqa sözlə, Türkiyədə təbii qazdan istifadə edən 20 milyon ailənin 6 milyonu indi Qara dənizdə və Sakaryada hasil etdiyimiz təbii qazdan yararlanır. Ümid edirik ki, 2025-ci ilin birinci rübünün aprelinə qədər bu göstəricini 10 milyon kubmetrə çatdıracağıq", - deyə qurum rəhbəri bildirib.

Bayraktar həmçinin bildirib ki, Türkiyə ölkəyə hasil olunan qazın həcmini artırmağa imkan verəcək dəniz bazası yaradır.

"Sizin üçün daha bir xəbərim var. Yenə də Prezidentimiz bunu bir neçə həftə əvvəl söylədi... Biz dəniz bazası yaradırıq. Yeni üzən platformamız artıq yoldadır və sentyabrın sonuna qədər gələcək. Bu istehsal qurğusu ilə 20 il ərzində 10 milyon kubmetr qaz 170 kilometr qurudan çıxaracağıq və bu qazı evlərimizdə və ticarət müəssisələrimizdə sizə təqdim edəcəyik", - deyə o əlavə edib.