17:39 - 16.08.2024
16 avqust, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) kriptovalyuta mayninqi üçün elektrik enerjisinin qiymətlərini artırmağı təklif edir. Təşkilat belə bir təşəbbüsün havanın çirklənməsini azaldacağını nəzərdə tutur.
ABC.AZ xəbər verir ki, BVF-nin iki rəhbərinin fikrincə, kriptovalyuta mayninqi üçün elektrik enerjisinin dəyərinin 85% artması qlobal karbon dioksid emissiyalarını ildə 100 milyon ton azalda bilər. Bu təklifin müəllifləri kilovat-saat başına 0,047 dollar vergi tətbiq etməyi təklif edirlər.
Eyni zamanda, sağlamlığa təsirini nəzərə alsaq, vergi kilovat-saat başına 0,089 dollara qədər arta bilər. Onların hesablamalarına görə, belə bir yığım dünya hökumətlərinin illik gəlirini 5,2 milyard dollar artıra bilərdi.
18 Avqust 2026