Yeddi ayda ixrac edilən neft məhsullarının dəyəri açıqlanıb

16:25 - 16.08.2024


16 avqust, Fineko/abc.az. 2024-cü ilin yeddi ayında Azərbaycan 230 313,05 min ABŞ dolları dəyərində 332 340,61 ton neft məhsulları ixrac edib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir.

 Yanvar-iyul ayında Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,4%, həcmi isə 43,3% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.