Rusiya və Serbiya enerji əməkdaşlığını inkişaf etdirir

15:10 - 16.08.2024


16 avqust, Fineko/abc.az. Rusiya və Serbiya enerji əməkdaşlığını inkişaf etdirir. Rusiya Federasiyası Energetika Nazirliyi bu barədə teleqram kanalında məlumat verir.

ABC.AZ xəbər verir ki, qurumun rəhbəri Sergey Tsivilev Serbiya Baş nazirinin müavini Aleksandar Vulin ilə işgüzar görüş keçirib.
Tərəflər müxtəlif enerji sahələrində, o cümlədən Rusiya təbii qazının respublikaya tədarükü ilə bağlı bir sıra aktual əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Nazir iki ölkə arasında dialoqun yanacaq-enerji kompleksində əməkdaşlığın uğurlu inkişafına töhfə verdiyini, çağırışlara operativ cavab verməyə və ikitərəfli əlaqələri gücləndirməyə imkan verdiyini vurğulayıb.
Öz növbəsində Aleksandr Vulin enerji sahəsində ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.