Havay adalarında nəhəng dalğa generatoru quraşdırılıb

11:10 - 16.08.2024


16 avqust, Fineko/abc.az. İrlandiyanın “Ocean Energy” şirkəti, Oahu adası sahillərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğa enerjisi sınaq poliqonunda OE-35 dalğa generatoru quraşdırıb. 

ABC.AZ xəbər verir ki, tezliklə generator Havay adalarının elektrik şəbəkəsinə qoşulacaq. 

OE-35 konstruksiyasının ölçüləri nəhəngdir (38 metr x 18 metr), suya endirmə dərinliyi 9,4 metr və ümumi çəkisi 826 ton təşkil edir.
Sınaq zamanı qurğu 500 kilovat azaldılmış gücdə işləyirdi, lakin mütəxəssislər onun 1,25 meqavata qədər potensial gücə malik olduğunu bildiriblər.