17:18 - 9.08.2024
9 avqust, Fineko/abc.az. ÇXR avqustun 9-dan etibarən ölkə daxilində benzin və dizel yanacağının pərakəndə satış qiymətlərini aşağı salır.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət İnkişaf və İslahatlar Komitəsinin bəyanatında deyilir.
Belə ki, saat 00:00-dan etibarən 9 avqust 2024-cü il tarixində ölkədə benzin və dizel yanacağının qiyməti aşağı salınıb. Bu, dünya neft qiymətlərindəki dəyişikliklər və neft məhsullarının qiymət mexanizmi ilə bağlıdır. Bir ton benzinin qiyməti 305 yuan, dizel yanacağı isə 290 yuan azalacaq.
PetroChina, Sinopec və CNOOC kimi ölkənin aparıcı neft emalı şirkətləri neft məhsullarının istehsalını və daşınmasını səmərəli şəkildə təşkil etməli, tədarükün sabitliyini təmin etməli və dövlət qiymət siyasətinə ciddi əməl etməlidirlər.
18 Avqust 2026