15:32 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Cari ilin birinci yarısında “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 251 milyon dollar əməliyyat xərcləri və təxminən 407 milyon dollar əsaslı xərclər çəkilib.
ABC.AZ BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox yəni, təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib ki, bu da ötən il ilə eyni səviyyədədir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.
18 Avqust 2026