11:15 - 31.07.2024
31 iyul, Fineko/abc.az. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir.
ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın uçot dərəcəsinə dair hesabatında öz əksini tapıb. Qeyd edilib ki, sözügedən faiz bəndinin də 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 1 manat müəyyən edilib.
Müəllif: Elmir Murad
18 Avqust 2026