11:54 - 30.07.2024
30 iyul, Fineko/abc.az. Slovakiyanın baş naziri Robert Fitso Ukraynanın Slovakiyadakı səfiri Miroslav Kastranla görüşü zamanı Kiyev Rusiyanın "Lukoyl" şirkətinin neft tranzitini bərpa etməzsə, Ukraynaya dizel yanacağı tədarükünü dayandıracağı ilə hədələyib.
ABC.AZ xəbər verir ki, Fitso bu barədə Facebook səhifəsində yazıb.
Fitso əlavə edib ki, Rusiya neftinin tədarükünün bərpası "texniki həll" ilə əlaqəli olsa da, bir neçə ölkə tərəfindən birgə əlaqələndirilməlidir.
"AB, ABŞ-ın total təsirindən çıxmaq istəyirsə, Rusiya Federasiyası ilə strateji xammal sektorunda qarşılıqlı əlaqəni təmin etməli olan əməkdaşlıq formalarını nəzərdən keçirməlidir", - deyə Fitso yazıb.
İyulun 18-də Ukrayna Rusiya şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi səbəbindən "Lukoyl"un Slovakiya və Macarıstana neft tranzitini dayandırmışdı. İyulun 22-də məlum olduğu kimi, hər iki ölkə Aİ-dən Kiyevi "Lukoyl"un Şərqi Avropa ölkələrinə tranzitini bərpa etməyə inandırmaq xahişi ilə müraciət etmişdi.
18 Avqust 2026