10:49 - 30.07.2024
30 iyul, Fineko/abc.az. Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 000 kilovat-saatdan çox elektrik enerjisi istehsalının proqnozlaşdırıldığını bildirib.
18 Avqust 2026