Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq - Nazir

12:21 - 5.06.2024


5 iyun, Fineko/abc.az. 2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq.

ABC.AZ xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur.

“240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının “vitrin” layihəsi olacaq. (Azərtac)