“Novatek” “Arktika LNG – 2”-də qaz hasilatını kəskin azaldıb

10:51 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Daha öncə xarici səhmdarların iştirakını dondurduğu “Novatek” “Arctic LNG – 2” layihəsi çərçivəsində qaz hasilatı 2024-cü ilin fevral ayında mayeləşdirilmiş təbii qaz (LNG) göndərilməsinin başlanmasının gecikməsi fonunda kəskin şəkildə azalıb.

ABC.AZ xəbər verir ki,məlumata görə, layihə çərçivəsində qaz hasilatı fevral ayında cəmi 83 milyon kubmetr təşkil edib ki, bu da bu ilin yanvar ayının göstəricisindən üç dəfə, ötən ilin dekabr ayının göstəricisindən 5 dəfə azdır (o zaman zavodda LNG-nin ilk həcmi əldə edilmişdir).