Dünyada qaza tələbat 2050-ci ilə qədər 34% artacaq

15:07 - 14.03.2024


14 mart, Fineko/abc.az. Dünyada qaza tələbat 2050-ci ilə qədər 34% artaraq 5,36 trilyon kubmetrə təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə, Qaz İxrac Edən Ölkələr Forumunun icmalında deyilir.

Qeyd olunur ki, təbii qaza tələbatın ən böyük payı (35%) elektrik enerjisi istehsalı sektorunun payına düşəcək.

Qaz tələbində lider mövqeləri Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələri tutacaq. Bu arada, Çin ən çox tələbat olan ölkə olaraq qalacaq.

Şimali Amerikada təbii qaza olan tələbin 2050-ci ilə qədər davamlı qalacağı gözlənilir. Tələbatın azalması tendensiyası isə yalnız Avropada müşahidə olunacaq.