14:57 - 16.02.2024
16 fevral, Fineko/abc.az. Azərbaycan xaricə 2024-cü ilin yanvarında 1 mlrd. 931.88 mln. kub-metr həcmində təbii qaz satıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
İxrac dəyəri $739.79 mln. olub ki, bu da hər 1000 kub-metrini $382.9 satması deməkdir.
Qeyd edək ki, keçən il Azərbaycan ümumilikdə 26.62 mlrd. Kub-metr təbii qaz ixrac edib və ixracın dəyəri $13.68 mlrd. təşkil edib. Bu da hər 1000 kub-metrinin $514 olması deməkdir.
21 Avqust 2026