10:34 - 16.02.2024
16 fevral, Fineko/abc.az. Norveçin Equinor şirkəti Mongstad neftayırma zavodunun işini yanğın səbəbindən dayandırıb. Hadisə zamanı obyektdə 950 nəfər olub.
ABC.AZ xəbər verir ki, günorta elektrik avadanlıqları olan otaqda tüstü olub. Yanğın iki saat yarım ərzində söndürülüb.
“Mongstad” neft ayırma zavodu 1975-ci ildən bəri fəaliyyət göstərir. Onun gücü ildə 12 milyon ton neft emal etməyə imkan verir.
21 Avqust 2026